"Əhalinin artımına paralel olaraq məktəblərin ehtiyacı qarşılayacaq sayda olmaması təhsilin keyfiyyəti baxımından mənfi haldır".
Bakıvaxtı.az xəbər verir ki, bunu təhsil eksperti kamran Əsədov bildirib.
Onun sözlərinə görə, məktəblərin kifayət qədər olmaması şagirdlərin sayının çox olduğu siniflərin yaranmasına səbəb olur və dərs mövzusunun tədris prosesi üçün nəzərdə tutulan müddətdə öyrədilə bilməməsi kimi mənfi nəticə doğurur. Müəllim materialı tədris prosesində mənimsətməlidir.
"Amma şagird sayının həddən artıq çox olması bu işə mane ola bilər. Məsələn, 30 şagirdin olduğu bir sinifdə hər şagirdə təqribən 1,5 dəqiqə vaxt düşür".
Ekspert qeyd edib ki, hazırda təhsildə fərdi yanaşmaya böyük ehtiyac duyulduğunu nəzərə alaraq siniflər üzrə şagird sayının tənzimlənməsi səmərəli nəticə verə bilər. Əks halda, şagird sayının sıx olduğu siniflərdə tədris prosesini tam şəkildə həyata keçirmək mümkün olmadığından, keyfiyyət aşağı düşür.
"Factors affecting the quality of education-a baxsaz görər və bilərsiniz ki, şagird sıxlığı keyfiyyətə bilavasitə təssir göstərir", - deyə Kamran Əsədov bildirib.
Aytac Aslan
















