• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mərc oyunları ilə bağlı YENİ QƏRAR

CƏMİYYƏT

19 Avqust 2022 | 14:40 | Müəllif: Subhan Mahmudov

Mərc oyunları ilə bağlı YENİ QƏRAR

Azərbaycanda idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına, habelə sosial əhəmiyyətli layihələrə yönəldilən hissəsi müəyyən edilib. 

Bakıvaxtı.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. 

Qərara əsasən, təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 milyon manat məbləğinə çatanadək - hər ay üçün aylıq dövriyyənin 1 faizi, təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 milyon manat məbləğinə çatan ay üçün - aylıq dövriyyənin 100 milyon manata çatanadək olan hissəsinin 1 faizi, 100 milyon manat məbləğindən artıq olan hissəsinin 2,5 faizi, təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 milyon manat məbləğindən artıq olduqda - hər ay üçün aylıq dövriyyənin 2,5 faizi bədən tərbiyəsi və idmanın inkişafına, habelə sosial əhəmiyyətli layihələrə yönəldiləcək. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026