Rusiyalı aktyor Anatoli Rudenko Moskvada narkotiklə saxlanılıb.
Bakıvaxtı.azxəbər verir ki, bu barədə "SHOT" teleqram kanalı məlumat yayıb.
Sənətçi avtomobilini idarə etdiyi zaman yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Hüquq-mühafizə orqanları Rudenkonun sənədlərini yoxlayarkən o, çox əsəbi olub və özünü şübhəli aparıb.
Axtarış zamanı polis əməkdaşları Rudenkonun üzərindən çəkisi 0,57 qram olan bir çanta mefedron aşkar ediblər.
Aktyor bundan xəbəri olmadığını bildirib. Onun sözlərinə görə, o, itini gəzdirərkən küçədə ağ toz aşkarlayıb. Bunun it ovçuları tərəfindən paylanan itlər üçün zəhər olduğunu düşündüyündən götürüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qeydedəkki, A.Rudenko“Trigger” və “Kamenskaya” seriallarındakı rolları ilə tanınıb.
Günəş Mərd
















