Məşhur aktyor, Hollivud ulduzu Conni Deppin səhhətində problem yaranıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyor qaldığı otel otağında huşsuz vəziyyətdə tapılıb.
Həkimlər Conniyə ilkin müdaxilə göstərsələr də, o, səhnəyə çıxa bilməyib.
İddialara görə, Depp yüksək dozalı narkotik maddə qəbul etdiyi üçün vəziyyəti ağırlaşıb.
Qeyd edək ki, yaşanan hadisədən sonra sənətçinin Macarıstan konserti ləğv edilib.
Xəyalə Rza
















