Türkiyənin məşhur müğənnisi Sinan Özenin 3 yaşlı qızı Neva bağırsaq yırtığı xəstəliyinə görə 7 dəfə əməliyyat olunub.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu müğənninin özü açıqlayıb.
S.Özen qızının sonuncu əməliyyatından öncə onun qəbrini də hazırlatdırıb.
Övladının müalicəsinin davam etdiyini deyən müğənni, yaşadığı çətin durumdan söz açıb. O, həyat yoldaşının bundan xəbərsiz olduğunu, həkimlə danışdıqdan sonra qəbir qazdırdığını deyib.
"Allah ailələrə səbr versin. Bizim qızımız bu xəstəliklə yaşayan möcüzələrdən biridir",- deyə sənətçi bildirib.
Qeyd edək ki, S.Özen 2016-cı ildə Burcu Kartal ilə ailə həyatı qurub. 2020-ci ildə əkiz övladları - Neva və oğlu Sanberk dünyaya gəlib.
Xəyalə Rza
















