• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Məşhur müğənninin ölüm səbəbi bəlli oldu

MƏDƏNİYYƏT

19 Aprel 2023 | 15:34 | Müəllif: Qalib İbrahimoğlu

Məşhur müğənninin ölüm səbəbi bəlli oldu

90-cı illərdə "uşaq ulduz" kimi şöhrət qazanan Aaron Karterin ölüm səbəbi məlum olub.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, rəyə görə, Karterin bədənində trankvilizator alprazolam və sıxılmış qaz difluoretan tapılıb. Bildirilib ki, bu qaz tez-tez sprey təmizləyicilərdə istifadə olunur və narkotik təsir göstərir.

Məlumata görə, iki maddə Karteri hərəkətsiz hala salıb və o, evinin vannasında boğulub. Yarılma Karterin ölümündən bir gün sonra aparılsa da, toksikoloji testlər gözlənildiyi üçün nəticələr ictimaiyyətə açıqlanmayıb.

"Backstreet Boys" qrupundan olan Nick Carter-in kiçik qardaşı I Want Candy Aaron's Party (Come Get It) və That's How I Beat Shaq kimi mahnıları ilə tanınırdı.

Qeyd edək ki, məşhur ulduz ötən ilin noyabrında öz evində ölü tapılıb.

Murad Məmmədli


Məşhur müğənninin ölüm səbəbi bəlli oldu
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026