Müğənni Aynur Dadaşovanın atası İbrahim Dadaşov vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə lent.az-a müğənninin özü bildirib: "Dünyam dağılıb. Bacımın ardından atamı da itirdim. Çox pisəm".
A. Dadaşova onun üçün bu barədə danışmağın çox çətin olduğunu söyləyib: "Ən qorxduğum doğma itkisi idi. Məkanı cənnət olsun".
Xatırladaq ki, mərhum bir müddət öncə Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi.
Qeyd edək ki, ötən il A.Dadaşovanın bacısı Günel xərçəng xəstəliyindən dünyasını dəyişmişdi.


















