• Bakı 19° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Məşhur rəssam saxta içkidən öldü

DÜNYA

03 Iyul 2023 | 10:26

Məşhur rəssam saxta içkidən öldü

Tanınmış iranlı rəssam və sənətçi Xosrov Həsənzadə saxta ispirtli içkidən zəhərlənərək həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Rəssamlar Birliyinin İdarə Heyətinin sədri Əmir Rad məlumat yayıb.

Məlumata görə, spirtli içkidən zəhərləndiyi üçün Tehranda xəstəxanaya yerləşdirilən Xosrov Həsənzadə bir həftə komada qalıb. Komadan ayıla bilməyən rəssam iyulun 2-də 60 yaşında vəfat edib.

Qeyd edək ki, Həsənzadə İranda ən çox tanınan rəsamlardandır. Onun dünyanın müxtəlif ölkələrində rəsm əsərlərindən ibarət çoxsaylı sərgiləri keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR