• Bakı 13° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Messi və Ronaldu eyni komandada oynaya bilərlər

İDMAN

17 Aprel 2025 | 13:10

Messi və Ronaldu eyni komandada oynaya bilərlər

ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi və Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu bir matçlıq eyni komandada oynaya bilərlər.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı sabiq forvard Karlos Teves vida qarşılaşmasında bunu gerçəkləşdirmək niyyətindədir.

O, cari ilin sonunda "Boka Xuniors"un stadionunda karyerası ərzində birlikdə çıxış etdiyi sabiq komanda yoldaşları ilə görüş təşkil etməyi planlaşdırır.

Həmin matça bir sıra məşhurların dəvət alacağı gözlənilir.

Qeyd edək ki, Karlos Teves 2021-ci ildə karyerasını başa vurub. O, Messi ilə yığmada, Ronaldu ilə İngiltərənin "Mançester Yunayted" klubunda komanda yoldaşı olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026