• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Metronun iş rejiminə dəyişiklik ediləcək

CƏMİYYƏT

11 Iyun 2021 | 11:59

Metronun iş rejiminə dəyişiklik ediləcək

Bu gündən Azərbaycanda futbol üzrə Avropa çempionatı start götürür. İyulun 11-dək davam edəcək yarış günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş rejimdə çalışacaq və yarış günlərində Bakı metrosunda iş saatlarında dəyişiklik ediləcək.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bakıvaxtı.az-a bildirib ki, bəzi günlərdə yarışlar gec saatlarda keçiriləcəyindən, tamaşaçıların mənzil başına rahat çatması üçün metroda iş saatlarının uzadılması müzakirə olunur.

B.Məmmədov həmçinin deyib ki, 12 iyun və 20 iyunda şənbə-bazar olmasına baxmayaraq, metroda sənişindaşıma dayandırılmayacaq:

“Həmçinin oyunların keçirilməsi nəzərdə tutulan digər şənbə-bazar günlərilə bağlı da müzakirələr aparılır”.

Xatırladaq ki, Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 №-li qərarına uyğun olaraq, aşağıdakı müddətlərdə ictimai nəqliyyat, o cümlədən Bakı metropoliteni sərnişindaşıma fəaliyyəti göstərməyəcəyi açıqlanıb:

- 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək;
- 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək;
- 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək;
- 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026