• Bakı 28° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.9628

    RUB - 2.3656

Məzuniyyət şənliyi qanla başa çatdı: 2 nəfər bıçaqlandı

DÜNYA

11 Iyun 2026 | 12:26

Məzuniyyət şənliyi qanla başa çatdı: 2 nəfər bıçaqlandı

Türkiyənin Kütahya şəhərində keçirilən məktəb məzuniyyət şənliyi zamanı dava baş verib, 2 gənc bıçaq xəsarəti alıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Akkent məhəlləsində yerləşən şadlıq sarayında qeydə alınıb. İlkin məlumata görə, gənclər arasında qısqanclıq səbəbindən başlayan mübahisə qısa zamanda kütləvi davaya çevrilib.

Dava zamanı iki nəfər bıçaqlanaraq yaralanıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım və polis əməkdaşları yaralıları xəstəxanaya çatdırıblar.

Kütahya Şəhər Xəstəxanasına yerləşdirilən gənclərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Hadisə ilə bağlı şübhəli şəxslər polis tərəfindən saxlanılıb.

Lumu Zülfüqarova,
BDU Jurnalistika fakültəsinin IV kurs tələbəsi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyun 2026