"Vətəndaşlara ödənilən pensiyalar yetərli deyil".
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinə
həsr olunmuş plenar iclasında deyib.
"Biz bu gün Milli Dirçəlişdən danışırıq. Bəs sosial dirçəlişdən danışa bilirikmi? Vətəndaşlara ödənilən pensiyalar yetərli deyil. Rəqəmləri az da olsa eyniləşdirmək lazımdır. Hazırda ödənilən pensiyalar sanki insanların sıxıntı içindən çıxması üçün bir vəsaitdir.
Həmçinin uşaq pulu məsələsinə ciddi yanaşmalıyıq. Uşaq böyüyüb əsgər gedəndə görürük ki, hansısa xəstəliyi üzə çıxır. Ona görə də dövlət büdcəsindən uşaqlara lazımı müavinət ayrılmalıdır".
Nuranə Daxilqızı
















