• Bakı 12° C

    9.93 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Milli Məclisin iclası başladı

SİYASƏT

25 Fevral 2022 | 11:01

Milli Məclisin iclası başladı

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 11 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Milli Məclisin Bəyanatı.

2. Milli Məclisin Mədəniyyət komitəsinin üzvünün seçilməsi haqqında qərar layihəsi.

3. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

4. “Qaz təchizatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

5. İnzibatı Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu layihəsi (üçüncü oxunuş).

6. “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

7. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu layihəsi (ikinci oxunuş).

8. “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

9. “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi (ikinci oxunuş).

10. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

11. Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026