• Bakı 12° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Milli Məclisin sədri Mərakeşdə səfərdədir

SİYASƏT

14 Dekabr 2023 | 11:04

Milli Məclisin sədri Mərakeşdə səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Mərakeş Krallığına rəsmi səfərə gəlib.

Bu barədə Bakıvaxtı.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Rabat Beynəlxalq Hava Limanında nümayəndə heyətini Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami, Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər müddətində keçiriləcək görüşlərdə parlamentlərarası əlaqələrin bu günü, gələcək inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

     

     


    Milli Məclisin sədri Mərakeşdə səfərdədirMilli Məclisin sədri Mərakeşdə səfərdədir
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR