• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

III Dünya müharibəsi gedir: Hansı ölkələr oyundan kənarda qalacaq?

SİYASƏT

12 Yanvar 2024 | 12:42 | Müəllif: Qalib İbrahimoğlu

III Dünya müharibəsi gedir: Hansı ölkələr oyundan kənarda qalacaq?

Xəbər verdiyimiz kimi, bu gecə ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakim husi hərəkatının hədəflərinə qarşı əməliyyata başlayıb. Onlar təyyarələrdən, gəmilərdən və sualtı qayıqlardan atılan raketlərlə Yəmən husilərinə hücum ediblər.

Baş verənlər Dünya müharibəsinə yol aça bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, sözügedən hücumun arxasında ABŞ-nin İranı müharibəyə cəlb etmək niyyəti durur: “Çalışacaqlar ki, bu və ya digər formada İranı da müharibəyə cəlb etsinlər. Onlar Yaxın və Orta Şərqdə maraqlarını “cığal uşaq” statusunda olan İsraillə həyata keçirirlər. İran da dinc duran dövlət deyil”.

C.Nuriyev qeyd edib ki, 2023-cü ildə ABŞ İraqa girəndən Üçüncü Dünya müharibəsi başlayıb və indi də davam edir: “Rusiya Ukraynaya hücum edib. Ukraynanın ətrafında bütün Avropa ölkələri, o cümlədən, ABŞ var. İsrailin Qəzza zolağında da müharibədir. Orada Livan da, Suriya da vurulur. Bunlar elan olunmamış müharibələrdir. Dünya müharibəsinin başqa adı yoxdur. 21-ci əsrdir və Üçüncü Dünya müharibəsi artıq gedir”.

Politoloqun qənaətincə, bundan sonrakı mərhələdə Husilərə kimlərin köməyə gəlməsi maraqlıdır: “Çünki ABŞ-ın Səudiyyə Ərəbistanı ilə münasibətləri gərgindir. Qətər birmənalı şəkildə ABŞ-nin maraqlarına uyğun şəkildə hərəkət edir. Digər ərəb dövlətləti hər zaman olduğu kimi oyundan kənarda qalacaq. Özlərini hadisələri görməzdən gəlirlərmiş kimi göstərəcəklər. Bu, son yüz ildə dəfələrlə olub. Yəmən də özünə görə deyil”.

Cümşüd Nuriyev:  Rəsmi Tehran bu işə qarışsa, İranın parçalanması qaçılmaz olacaq

Müsahibimizə görə, kifayət qədər iqtisadi-siyasi problemləri olan bir dövlət bu problemləri gözə alaraq müharibə variantını seçirsə, bu, uzunmüddətli bir müharibə olacaq. Bununla belə, C.Nuriyev ABŞ və İngiltərənin Yəməndə uzun müddət müharibə aparmaq istəyində olduğuna inanmır: “Çünki onların bir “Əfqanıstan sindromu” var. Burada ancaq yerüstü döyüşün olacağı inandırıcı görünmür. Rəsmi Tehran isə bu işə qarışsa, İranın parçalanması qaçılmaz olacaq”.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026