• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Millimizin rəqibi baş məşqçi ilə müqaviləni uzatdı

İDMAN

20 Oktyabr 2023 | 10:17

Millimizin rəqibi baş məşqçi ilə müqaviləni uzatdı

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində rəqibi olan Avstriya yığmasında baş məşqçi Ralf Ranqniklə müqavilənin müddəti uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, Avstriya Futbol İttifaqı almaniyalı mütəxəssislə sözləşməni yeniləyib.

2022-ci ildə imzalanan müqavilədə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanılacağı təqdirində, Ranqniklə anlaşmanın avtomatik daha 2 illik uzadılacağı ilə bağlı bənd yer almışdı. Komanda hədəfinə çatdığından, 65 yaşlı mütəxəssisin DÇ-2026-da da postunda qalacağı dəqiqləşib. Onun hazırkı anlaşması üç il sonra baş tutacaq dünya çempionatının sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Avstriya millisinin AVRO-2024-ün seçmə mərhələsində yer aldığı F qrupunu ilk iki pillədə başa vuracağı dəqiqləşib. Avstriyalılar Azərbaycan yığmasını hər iki matçda (4:1, 1:0) məğlub ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026