• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Milyarderin oğlu 6 illik sevgilisi ilə evləndi 

MƏDƏNİYYƏT

03 Iyul 2023 | 00:40 | Müəllif: Subhan Mahmudov

Milyarderin oğlu 6 illik sevgilisi ilə evləndi

Avstraliyanın məşhur toyuq biznesinin yeganə vəliəhdi Cohnni İnqham ABŞ-nin varlılar cəmiyyətindən olan Rey Vakili ilə ailə qurub.

Bakıvaxtı.az bildirir ki, cütlüyün dəbdəbəli toyu böyük səs-küyə səbəb olub. Bəy iş dünyasında, gəlin isə dəb aləmində tanınan adlar sırasındadır.

Rey insanlara "Vogue" dərgisinin redaktoru Anna Uintourun köməkçisi kimi tanınıb.

Cohnni 1918-ci ildə qurulan məşhur "Ingham" toyuq biznesinin sahibi olan ailədəndir. Milyarder ailənin vəliəhdi ailə biznesini davam etdirir. Onlar toyu İtaliyada Siciliyanın Taormina kəndində edib.

Lüks otelin həyətində olan toyda hər yer çəhrayı çiçəklərlə bəzədlib. Toydan sonrakı parti isə səhərə kimi davam edib. Rey toydan bir həftə əvvəl Fransada Saint Tropezdə bekarlığa vəda partisi edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR