Dövlət satınalmalarının qalibi “Beelding Construction Group” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, “Zeeshan and Company” Sumqayıt Kommersiya Məhkəməsində “Beelding Construction Group”a qarşı iddia qaldırıb.
İddia alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlıdır.
Kommersiya mübahisəsi hakim Həlimə Alıyevanın sədrliyi ilə araşdırılacaq.
“Beelding Construction Group” əsasən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sifarişi əsasında “Mingəçevir” Yeni Elektrik stansiyasının tikintisi, Xəzər dənizində nasos stansiyasının tikintisi, Tərtər-3 SES-in tikintisi, Qobu Elektrik Stansiyasının tikintisi, Sumqayıt İES-də estakadanın və nasos stansiyasının tikintisi, həmçinin Cənub Elektrik Stansiyasında yüksək təzyiqli qaz kəmərinin quraşdırılması, Mingəçevir İstilik Elektrik Stansiyasında yenidən qurma işləri, Şəmkir Su Elektrik Stansiyasında təmir-bərpa işlərini həyata keçirib.
İbRa
















