• Bakı 22° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edildi

CƏMİYYƏT

02 May 2023 | 16:10

Mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edildi

Azərbaycan Minatəmizləmə Agentliyin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.

Sədr son günlər baş verən mina partlayışı hadisələrindən təəssüfləndiyini bildirib:

"Ölkədə mina hadisələri davam edir. Son 1 həftə ərzində ard-arda bir neçə mina hadisəsi baş verib. Keçirdiyimiz maarifləndirmə tədbirlərinə, xəbərdarlıqlara və ərazilərdə yerləşdirilmiş təhlükə nişanlarına baxmayaraq həmin ərazilərə daxil olurlar. Fürsətdən istifadə edib bir daha vətəndaşlarımıza diqqətli olmaları ilə əlaqədar çağırış edirəm. Xahiş edirəm ki, qoyulan qaydalara riayət etsinlər, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərdən çəkinsinlər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026