• Bakı 13° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Mingəçevirdə sinəsinə mismar batan usta öldü 

HADİSƏ

12 Noyabr 2023 | 17:40 | Müəllif: Subhan Mahmudov

Mingəçevirdə sinəsinə mismar batan usta öldü

Mingəçevirdə ustanın ehtiyatsızlığı ölümünə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin "Tərəvəzçilik sovxozu" ərazisində qeydə alınıb.

Belə ki, Ağdaş rayon sakini 42 yaşlı Elman Yusifov fərdi yaşayış evində işlədiyi vaxt sinəsinə mismar batıb.

Usta ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026