• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Mirzoyan Avropa İttifaqına təşəkkür etdi

DÜNYA

22 Iyul 2024 | 13:43

Mirzoyan Avropa İttifaqına təşəkkür etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqına təşəkkür edib.

Bakıvaxtı.az xəbər verir ki, Mirzoyan bu barədə X-də paylaşım edib.

"Biz Avropa Fondu çərçivəsində Ermənistana dəstək vermək və viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamaq üçün Aİ-nin xarici işlər nazirləri səviyyəsində qəbul etdiyi tarixi qərarları alqışlayırıq. Bu, Ermənistan və Aİ arasında ortaq dəyərlərə, prinsiplərə və tərəqqi baxışına əsaslanan dərinləşən tərəfdaşlıqda çox mühüm mərhələdir", - o qeyd edib.

"Aİ və Aİ-yə üzv ölkələrdən olan həmkarlarıma səmimi təşəkkürümü bildirirəm", - erməni nazir əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR