• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Moskva”-nın batmazdan az öncə çəkilmiş GÖRÜNTÜLƏRİ

HADİSƏ

18 Aprel 2022 | 12:48

“Moskva”-nın batmazdan az öncə çəkilmiş GÖRÜNTÜLƏRİ

Ukrayna mediası Rusiyanın “Moskva” kreyserinin Qara dənizdə batmazdan az öncə çəkilmiş fotolarını paylaşıb.

Bakıvaxtı.az-ın BBC-yə istinadən xəbərinə görə, paylaşılmış fotolarda “Slava” sinfinə aid kreyserin ağır zədə aldığı və gəmidən qara tüstü qalxdığı görünür. Fotolar ilk dəfə araşdırmaçı jurnalistika ilə məşğul olan OSINTtechnica səhifəsi tərəfindən “Twitter“də paylaşılıb.

Müəllif bildirib ki, fotoların Rusiyanın “Moskva” kreyserinə aid olduğu və batmazdan əvvəl çəkildiyi ehtimal edilir:

“Mən bunun həqiqiliyini təsdiqləyə bilmirəm, lakin bu “Slava” sinfinə aid kreyserdir və düşünmürəm ki, onlardan hər hansı biri (daha əvvəl- red) bu şəkildə məhv edilib”.

Qeyd edək ki, Rusiya Qara Dəniz donanmasının flaqmanı olan “Moskva” aprelin 14-də Qara dənizdə batıb. Ukrayna kreyserin “Neptun” raketi ilə vurulduğunu bəyan edib. Rusiya Müdafiə Nazirliyi isə gəminin sursatların partlaması nəticəsində baş vermiş yanğın səbəbi ilə zədələndiyini və fırtınalı şəraitdə batdığını bəyan edib.


“Moskva”-nın batmazdan az öncə çəkilmiş GÖRÜNTÜLƏRİ“Moskva”-nın batmazdan az öncə çəkilmiş GÖRÜNTÜLƏRİ
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026