• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Moskvanın hava limanları bağlandı

DÜNYA

28 Avqust 2023 | 10:15 | Müəllif: Subhan Mahmudov

Moskvanın hava limanları bağlandı

Moskvanın Domodedovo və Vnukovo hava limanları yenidən bağlanıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

"Vnukovo və Domodedovo təyyarələrin qəbulu və göndərilməsi üçün müvəqqəti bağlanıb", - məlumatda qeyd olunub. 

"Flightradar"ın məlumatına görə, təyyarələr Moskva vilayətinin cənub-qərbi və cənub-şərqi üzərində uçub. Paytaxt hava limanlarının onlayn tablosuna əsasən, bazar ertəsi Moskvada təxminən 46 reys gecikib və ya ləğv edilib. 

Qeyd edək ki, bu sabah Moskvaya PUA hücumu edilib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026