• Bakı 26° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Mövqelərimiz ATƏŞƏ TUTULDU

CƏMİYYƏT

04 Noyabr 2022 | 08:46 | Müəllif: Qalib İbrahimoğlu

Mövqelərimiz ATƏŞƏ TUTULDU

Düşmən Ordumuzun mövqelərini atəşə tutub.

Bu barədə Bakıvaxtı.az-a Medafiə Nazirliyindən bildirilib.

Məlumata görə, noyabrın 3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri 5 saat müddətində Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Ordumuzun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026