• Bakı 24° C

    15.6 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI: Helikopterlər havaya qalxdı - VİDEO

CƏMİYYƏT

29 Sentyabr 2022 | 15:58

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI: Helikopterlər havaya qalxdı - VİDEO

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə döyüş atışlı təlim keçirilib.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, təlimin senarisinə uyğun olaraq helikopter bölmələri bazalanma aerodromlarından uçuşlar edərək, poliqonda şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi, eləcə də aviasiya vasitələrinin terror-diversiya qruplarından mühafizəsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.


Döyüş fəaliyyətlərinin təşkili, o cümlədən qüvvələrin döyüşdə idarə olunması üzrə helikopter ekipajları və desant heyətlərinin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.


SON XƏBƏRLƏR

05 Iyul 2025