• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Müdafiə Nazirliyindəki divləri ortadan qaldırmaq lazımdır" - Deputat

CƏMİYYƏT

04 Mart 2022 | 11:22 | Müəllif: Qalib İbrahimoğlu

"Müdafiə Nazirliyindəki divləri ortadan qaldırmaq lazımdır" - Deputat

"Azərbaycan indiki vəziyyətdə ilk növbədə bəndi-bərəni möhkəmlətməyi düşünməlidir".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisdəki çıxışı zamanı səsləndirib.

Deputat deyib ki, bizim Qarabağda yarımçıq işlərimiz qalıb: "Qarabağı bəzi ünsürlərdən təmizləmək üçün ilk növbədə biz Müdafiə Nazirliyini təmizləməliyik".

F.Mustafanın sözlərinə görə, generallardan biri Müdafiə Nazirliyində 80 milyon pul yeyib: "Amma bu məsələyə biz elə prinsipial şəkildə yanaşmalıyıq ki, Azərbaycan ordusunu sağlam vəziyyətə gətirməliyik. Biz “Tərtər hadisələri”ndə də bunu gördük, müharibədəki satqınları da gördük. Ötən gün oxudum ki, Məlikməmməd adındakı bir zabiti də tutublar. Amma bu yetim məlikməmmədləri tutmaqla bu məsələ həll olmayacaq. Əsas ordunu bu günə salmış, illərdir orda oturan “div”lərin ortadan qaldırılmasıdır. Divlər bu yeyintilərin müəllifləridir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026