• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Müharibə Ermənistan və Azərbaycana sağalması uzun müddət alacaq yara vurub - Berbok

SİYASƏT

03 Noyabr 2023 | 14:31 | Müəllif: Qalib İbrahimoğlu

Müharibə Ermənistan və Azərbaycana sağalması uzun müddət alacaq yara vurub - Berbok

"Ermənistan və Azərbaycan arasında münaqişə tərəflərə sağalması uzun müddət alacaq yara vurub, ancaq hər iki ölkə qarşılıqlı etimad yolunu tutmalıdır".

Bakıvaxtı.az xəbər verir ki,, bunu Cənubi Qafqaz regionuna səfərindən öncə Almaniya xarici işlər naziri Annalena Berbok deyib.

    Onun sözlərinə görə, ölkəsi və Avropa İttifaqı “keçmişin kölgəsini dəf edən bir region qurmaq” və region əhalisi üçün daha yaxşı gələcəyə naminə Cənubi Qafqaz ölkələri ilə birgə işləmək istəyir.

    A.Berbok qeyd edib ki, sülh naminə ölkələrin “qarşılıqlı etimad yolunu tutması” vacibdir.. O, münaqişənin hər iki tərəfə "sağalması uzun müddət alacaq yaralar vurduğunu" əlavə edib.

    XİN başçısı qeyd edib ki, Aİ Qara dənizdən keçən sualtı rabitə kabeli də daxil olmaqla, regiona sülh yolu ilə bağlı konkret təkliflər verməyə hazırdır və o əlavə edib ki, belə layihələr "Ermənistan və Azərbaycanı bir-birinə və bizə yaxınlaşdırmağa” kömək edəcək.

    O vurğulayıb ki, regionda etimad və barışıq yaradılması çox vacibdir: "Buna görə də Almaniya Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli danışıqların tezliklə bərpasını dəstəkləyir".

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Noyabr 2026