• Bakı 13° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Muslera milli karyerasını başa vurdu

İDMAN

25 Aprel 2024 | 21:37 | Müəllif: Subhan Mahmudov

Muslera milli karyerasını başa vurdu

Təcrübəli qolkiper, ulduz futbolçu  Fernando Muslera Uruqvay millisində karyerasını bitirdiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Uruqvay Futbol Federasiyası məlumat yayıb. 

Təcrübəli qolkiper 2009-cu ildən indiyədək millidə 133 oyunda iştirak edib. Uruqvay yığmasının heyətində 2010, 2014 və 2018-ci il dünya çempionatı təşkilatlarında 16 dəfə forma geyinən Muslera heyətdə olsa da, DÇ-2022-nin heyətində oynamaq şansı qazanmayıb.

Muslera həm də Uruqvay Milli Komandası ilə 2011-ci ildə Amerika Kubokunu qazanmağın sevincini yaşayıb. 

Qeyd edək ki, 37 yaşlı qapıçı 2011-ci ildən "Qalatasaray”da çıxış edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026