• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Muxtar Babayev türkiyəli nazirlə müzakirə apardı

SİYASƏT

22 Dekabr 2021 | 21:02 | Müəllif: Subhan Mahmudov

Muxtar Babayev türkiyəli nazirlə müzakirə apardı

Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Balıqçılıq və Balıqçılıq Məhsulları üzrə baş direktoru Mustafa Altuğ Atalayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə ətraf mühitin mühafizəsi, balıqçılıq və akvakulturanın inkişafı, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Qeyd edək ki, səfər çərçivəsində Türkiyə Respublikasının nümayəndə heyəti İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərində, Dövlət Gömrük Komitəsində görüşlər keçirəcək, dövlət və özəl balıqçılıq təsərrüfatları ilə tanış olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026