NASA Marsa enən bir vasitənin səthinə dəyən meteoritlərin səslərini paylaşıb.
Bakıvaxtı.az xəbər verir ki, toqquşma nəticəsində 11 saniyəlik səs yazısı ortaya çıxıb.
Məlumata görə, NASA rəsmiləri Mars InSight kosmik gəmisinin 2020 və 2021-ci illərdə bir sıra toqquşmalar nəticəsində seysmik və akustik dalğaları qeydə aldığını açıqlayıb. "Nature Geoscience" jurnalında dərc olunan məqalənin həmmüəllifi İngrid Daubar deyib ki, InSight bir zərbə aşkar etmək üçün üç il gözləyib və yaranan kraterlər çox yaxşı görünürdü.
Alimlərin təhlilinə görə, ilk təsdiqlənmiş meteorit hər biri öz kraterini meydana gətirib və ən azı üç hissəyə bölünüb.
Aytac Aslan
















