• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

NATO-Rusiya Şurasının iclası keçirildi

DÜNYA

12 Yanvar 2022 | 17:43 | Müəllif: Qalib İbrahimoğlu

NATO-Rusiya Şurasının iclası keçirildi

Brüsseldə NATO-Rusiya Şurasının iclası keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, NATO Baş Qərargahında keçirilən  iclasda Avropanın təhlükəsizliyi, Ukrayna və onun ətrafındakı vəziyyət, eyni zamanda, hərbi fəaliyyətlər, şəffaflıq və risklərin aradan qaldırılması müzakirə olunub.

Qeyd edək ki, dialoq platforması olan NATO-Rusiya Şurası 20 il əvvəl yaradılıb, lakin Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etdikdən sonra platformanın iclasları dayandırılıb. Sonuncu dəfə 2019-cu ilin iyulunda NATO-Rusiya Şurası məhdud çərçivədə toplaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026