• Bakı 23° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Naxçıvanda ağır qəza: Ölənlər və yaralananlar var

HADİSƏ

19 Mart 2024 | 13:16

Naxçıvanda ağır qəza: Ölənlər və yaralananlar var

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az  xəbər verir ki, hadisə Vayxır kəndi ərazisində qeydə alınıb.

Belə ki, yağışlı havada "Niva" markalı avtomobillə "Hyundai-Santa fe" markalı avtomobil toqquşub. Nəticədə "Niva"da olan Əliyeva Zərifə İbrahim qızı, Əhmədov Məhəmməd Mehdixan oğlu və Əliyev Mütəllim Xanış oğlu ölüb. Əhmədov Pərvin Məhəmməd oğlu və "Hyundai"də olan sərnişinlər Mahmudov Qüdrət Mehdi oğlu, Mahmudov Qəşəm Əbülfəz oğlu və Mahmudov Seyfəli Mehdi oğlu ağır yaralanıb.

    Xəsarət alanlar Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    26 Aprel 2024