• Bakı 7° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Naxçıvana qanunsuz keçirilən dərman preparatları aşkar edildi

CƏMİYYƏT

07 Aprel 2023 | 16:28

Naxçıvana qanunsuz keçirilən dərman preparatları aşkar edildi

Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında dərman preparatlarının qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Gömrük Komitəsindən bildirilib. Belə ki, Baş İdarənin "Sədərək" gömrük postunda Türkiyədən ölkəmizə gələn "Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.

Yoxlama zamanı vətəndaşın idarə etdiyi nəqliyyat vasitəsinin yük hissəsindən gömrük orqanına bəyan etmədiyi 74 adda 2480 qutu müxtəlif dərman preparatları aşkar edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026