• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Naxçıvanda 500 blok aksiz markasız siqaret aşkarlandı

HADİSƏ

13 Fevral 2024 | 10:10

Naxçıvanda 500 blok aksiz markasız siqaret aşkarlandı

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yolla ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan külli miqdarda siqaret aşkar ediblər.

Bakıvaxtı.az xəbər verir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobili saxlanılıb və həmin nəqliyyat vasitəsinə baxış keçirilib.

    Yoxlama zamanı avtomobildə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 500 blok və ya 100.000 ədəd “Milano” adlı siqaretlər aşkar edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Noyabr 2026