• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Naxçıvanda cinayətkar qrup üzvləri saxlanıldı

HADİSƏ

07 Mart 2024 | 12:31

Naxçıvanda cinayətkar qrup üzvləri saxlanıldı

Naxçıvan polisi tərəfindən keçirilmiş təxirəsalınmaz tədbirlərlə cinayətkar qrup halında Naxçıvan şəhər sakini Orxan Qurbanovu (ad şərtidir) bıçaqla hədələyən, şəhər ərazisindən kənarda güc tətbiq edərək, video çəkilişini aparan şəxslər saxlanılıb.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ordubad rayon Nüsnüs kənd sakinləri, Hüseynov Leysan, Hüseynov Firqət, Quliyev Ülvi, Quliyev Bayram saxlanılaraq istintaq təhvil verilib.

Təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.3-cü maddələri ilə cinayət işi başlanılmış və onlara qeyd olunan maddələr ilə ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri seçilib

Hazırda həmin dəstənin qeyri-qanuni fəaliyyətinə dair halların dəqiqləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026