• Bakı 15° C

    1.58 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Naxçıvanda iki gənc göldə boğularaq ölüb - YENİLƏNİB

HADİSƏ

10 May 2024 | 16:03

Naxçıvanda iki gənc göldə boğularaq ölüb - YENİLƏNİB

Naxçıvanda 2 tələbənin göldə boğularaq ölməsi fasktı araşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

    Qeyd olunub ki, Naxçıvan şəhəri ərazisində yerləşən "bazar gölü"ndə iki nəfər şəxsin - 2005-ci il təvəllüdlü Mehrəliyev Əli Şahin oğlu və 2006-cı il təvəllüdlü Zəkəriyayev Fəttah Eyvaz oğlunun suda boğularaq ölmələri faktı üzrə Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır.

    ***

    12:01

    Naxçıvan şəhərində iiki gəncin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. .

    Bakıvaxtı.az xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.

    Belə ki, Astara rayon Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən Bazar gölünün ətrafına gedib. Məlum olmayan səbəbdən onlar suya düşərək boğulublar.

    Bu gün səhər saatlarından etibarən, Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları meyitləri sudan çıxarıblar.

    Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb ediliblər.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    20 May 2024