• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Naxçıvanda məktəb binası söküldü - FOTOLAR

CƏMİYYƏT

21 Iyul 2023 | 17:26

Naxçıvanda məktəb binası söküldü - FOTOLAR

Naxçıvan Muxtar Respublikasınının Babək rayonunda yerləşən Hacıvar kənd tam orta məktəbinin binası yeni inşa olunmasına baxmayaraq layihəsinin yararsız olması və inşaat işlərinin düzgün aparılmaması səbəbindən sökülüb.

Bakıvaxtı.az xəbər verir ki, 252 yerlik binanın söküntü işləri artıq başa çatdırılıb.

Qərara uyğun olaraq, Hacıvar kənd tam orta məktəbinin binası yenidən inşa olunacaq.

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ında göstərilən təhsil sahəsindəki yeni layihələrin icrası ilə əlaqədar olaraq əvvəlki illərdə inşa olunan və standartlara uyğun olmayan təhsil müəssisələrinin yenisi ilə əvəz olunmasına başlanılıb.


Naxçıvanda məktəb binası söküldü - FOTOLARNaxçıvanda məktəb binası söküldü - FOTOLARNaxçıvanda məktəb binası söküldü - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026