• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Naxçıvanda təhsil işçilərinin sentyabr konfransı keçirilir 

CƏMİYYƏT

10 Sentyabr 2024 | 11:04 | Müəllif: Əli Hüseynov

Naxçıvanda təhsil işçilərinin sentyabr konfransı keçirilir

Naxçıvanda təhsil işçilərinin sentyabr konfransı keçirilir 

Bakıvaxtı.az xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin sentyabr konfransı keçirilir. 

Konfrans iştirakçıları əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucaldılan abidəsini ziyarət edib, abidə önünə tər gül dəstəsi düzüblər. Sonra qonaqlar Heydər Əliyev muzeyinin eksponantları ilə tanış olublar.

Konfransda Təhsil nazirinin müavini Firudin Qurbanov, Naxçıvan Muxtar Respublikasınən təhsil naziri Elxan Nəcəfov, muxtar respublikanın təhsil müəssisələrinin rəhbərləri, təhsil nazirliyinin əməkdaşları, qabaqcıl müəllimlər iştirak edirlər. /NUHÇIXAN


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026