• Bakı 22° C

    5.44 m/s

Nazarbayevin qardaşı oğlu işdən çıxarılıb

DÜNYA

03 May 2022 | 15:43 | Müəllif: Subhan Mahmudov

Nazarbayevin qardaşı oğlu işdən çıxarılıb

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Yerbol Nazarbayev Korrupsiyaya qarşı Mübarizə Xidməti orqanından xaric edilib.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, bu barədə bu gün qurumun mətbuat xidməti məlumat yayıb.

"İctimaiyyətdə yayılan video ilə əlaqədar Korrupsiyaya Qarşı Mübarizə Xidməti aşağıdakıları elan edir: 26 yanvar 2022-ci il tarixində Agentliyin sədrinin əmri ilə Nazarbayev Yerbol Agentliyin xüsusi departamentinin rəis müavini vəzifəsindən azad edilib. O, 2022-ci il aprelin 14-də Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin orqanlarından xaric edilib", - məlumatda bildirilib.

Qeyd edək ki, Yerbol Nazarbayev Nursultan Nazarbayevin qardaşı Bolatın oğludur. Bundan əvvəl sosial şəbəkələrdə şüşələri qaraldılmış avtomobildə polis tərəfindən saxlanılan Yerbol Nazarbayevə bənzəyən şəxsin əks olunduğu video yayılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026