• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Sumıya raket zərbəsi - yaralılar var

DÜNYA

02 Iyun 2022 | 13:57 | Müəllif: Subhan Mahmudov

Sumıya raket zərbəsi - yaralılar var

İyunun 2-nə keçən gecə ruslar Sumı vilayətinin Krasnopol icmasının ərazisinə təyyarədən üç raket zərbəsi endirib, nəticədə azı 3 nəfər yaralanıb, evlər dağılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Sumi Hərbi Administrasiyasının rəhbəri Dmitri Jivitski Telegram-da, Dövlət Sərhəd Xidməti Facebook-da məlumat yerləşdirib.

"Təxminən gecə yarısı hava hücumu zamanı Rusiya düşmən təyyarəsi Sumı vilayətinin (Krasnopol icması) ərazisinə 3 raket zərbəsi endirdi.

Raket düşən bir ev tamamən dağıldı. Daha bir neçə evə ziyan dəyib, təsərrüfatlarda böyük dağıntılar var. İlkin məlumat: ən azı üç nəfər yaralanıb", - Jivitski yazıb.

Administrasiya rəhbərinin sözlərinə görə, yaralananların hamısı Krasnopolyedən olan mülki şəxslərdir. Onlar xəstəxanaya yerləşdirilib.

Xilasedicilər hadisə yerindədir.

Dövlət Sərhəd Xidməti Rusiya ərazisindən raket atıldığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR