• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Nazir beynəlxalq yarışlarda uğur qazanmış idmançıları qəbul edib

İDMAN

10 Sentyabr 2022 | 22:33 | Müəllif: Subhan Mahmudov

Nazir beynəlxalq yarışlarda uğur qazanmış idmançıları qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq yarışlarda medal qazanmış idmançılarla görüşüb.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, ənənəvi olaraq keçirilən qəbulda idmançıları salamlayan F.Qayıbov son bir ayın onların növbəti uğurları ilə yadda qaldığını bildirib.

Görüşdə paracüdo, cüdo, ağırlıqqaldırma, karate idman növləri üzrə Avropa və dünya çempionatlarında uğurla çıxış etmiş idmançılar qazandıqları nəticələr və qarşıdakı yarışlara hazırlıqları barədə danışıblar.

Təəsüratları dinləyən nazir təcrübəli idmançıların uşaq və yeniyetmələrə nümunə olduğunu vurğulayıb və onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026