• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Nazirlik rəsmisi: “Yay məktəbinin müddəti uzadıla bilər” - VİDEO

CƏMİYYƏT

04 Iyun 2021 | 12:20

Nazirlik rəsmisi: “Yay məktəbinin müddəti uzadıla bilər” - VİDEO

“Hesab edirəm ki, builki təcrübə özünü doğruldarsa, növbəti illərdə yay məktəbinin 1 ay müddətində təşkil edilməsini düşünmək mümkündür”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyib.

O bildirib ki, yay məktəbinin bu ildən uzadılması barədə valideynlər tərəfindən çağırışlar olarsa, rəhbərlik adekvat qərarlar qəbul edəcək:

“Bu il yay məktəbinin müddəti 2 həftə nəzərdə tutulub. Bu məktəblərin müddəti ilə bağlı beynəlxalq təcrübə var və ən çox 1 ay ərzində təşkil olunur. Təhsil Nazirliyi cəmiyyətdən gələn bütün çağırışlara açıqdır. Valideynlər tərəfindən belə müraciətlər olacaqsa, növbəti mərhələdə baxıla bilər”. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR