• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nazirlikdən əsgərin sosial şəbəkədə yaydığı iddialara CAVAB 

CƏMİYYƏT

30 Mart 2022 | 14:34 | Müəllif: Subhan Mahmudov

Nazirlikdən əsgərin sosial şəbəkədə yaydığı iddialara CAVAB

Müdafiə Nazirliyi hazırda hərbi xidmətdə olan Fərid İsmayılovun xidmət keçdiyi hərbi hissədəki çatışmazlıqlar barədə sosial şəbəkə hesabından etdiyi paylaşımdakı iddialarına münasibət bildirib.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, hərbi xidmətdə olan hər bir hərbi qulluqçunun ailə vəziyyəti, sosial statusu, cəmiyyətdə tutduğu mövqeyi və digər amillərdən asılı olmayaraq onlar nizamnamələrin tələblərinə uyğun olaraq xidmət keçir və komandanlıq tərəfindən eyni diqqət və qayğı ilə əhatə olunurlar:

“Bildiririk ki, hərbi qulluqçunun məlum müraciətində səsləndirilən fikirlər yalandır, əsassızdır. Bu kimi qeyri-adekvat çıxışlar Ordumuzun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin məqsədlərinə xidmət edir.

Sosial şəbəkələr vasitəsilə Ordumuzun xidməti fəaliyyətinə müdaxilə edilməsi cəhdini qəti surətdə pisləyir və belə addımları yolverilməz hesab edirik”.


Nazirlikdən əsgərin sosial şəbəkədə yaydığı iddialara CAVAB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026