• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Nazirlikdən məktəbli formaları ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

21 May 2023 | 13:21 | Müəllif: Subhan Mahmudov

Nazirlikdən məktəbli formaları ilə bağlı AÇIQLAMA

2023-2024-cü tədris ilindən başlayaraq yalnız yeni məktəbli formalarından istifadə olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov “Xəzər Xəbər”ə açıqlamasında deyib.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin bölgələr və məktəblər üzrə sifarişi əsasında artıq istehsala start verilib:

“Ötən il yeni məktəbli formaları ilə paralel köhnə məktəbli geyimlərindən də istifadə olunurdu. Nazirlər Kabinetinin qərarına əsasən də bir rəngdən 3 il müddətinə istifadə etmək mümkün olacaq”.

Elm və Təhsil Nazirliyindən bildiriblər ki, ötən il məktəbli forması alanlar yeni tədris ilində də həmin geyimlərdən istifadə edə bilərlər. Yəni 3 il müddətinə həmin formalardan istifada ilə bağlı hansısa məhdudiyyət olmayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026