• Bakı 7° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

"Neftçi” millinin üzvünü transfer etdi

İDMAN

27 Iyun 2021 | 22:46

"Neftçi” millinin üzvünü transfer etdi

“Neftçi” futbol klubu növbəti transferini rəsmiləşdirib.

“Report” xəbər verir ki, yarımmüdafiəçi Xəyal Nəcəfovla 2 illik müqavilə bağlanıb.

İyirmi üç yaşlı yarımmüdafiəçi komandanın heyətində 97 nömrəli formanı geyinəcək. 2015-ci ildən “Sumqayıt”da çıxış edən Xəyal Nəcəfov Azərbaycan milli komandasının üzvüdür.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl iki yarımmüdafiəçi – paraqvaylı Sezar Meza Kolli və San-Tome və Prinsipidən olan Harramiz Suaresi transfer edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR