• Bakı 24° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

“Neftçi” yoxlama görüşü keçirəcək

İDMAN

05 Sentyabr 2023 | 14:51

“Neftçi” yoxlama görüşü keçirəcək

Premyer Liqada yaranmış fasilədən istifadə edərək Qəbələdə təlim-məşq toplanışına başlayan “Neftçi” yoxlama görüşü keçirəcək.

Bakıvaxtı.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, sentyabrın 9-da Bakıya qayıdacaq paytaxt komandası elitanın digər təmsilçisi “Araz-Naxçıvan”ı sınağa çəkəcək.

Sentyabrın 16-da “Dalğa Arena”da təşkil olunacaq qarşılaşma saat 18:00-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” Premyer Liqada 5 turdan sonra 8 xalla üçüncü, “Araz-Naxçıvan” isə 7 xalla yeddinci pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026