Professor, deputatlığa namizəd Nəsiman Yaqublu dəfn edilib.
Bakıvaxtı.az xəbər verir ki, tarixçi-alim Zabrat qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd, professor Nəsiman Yaqublu seçicilərlə görüşdən qayıdarkən, ötən gün Cəbrayıl rayonu ərazisində ağır yol qəzasında həyatını itirib.
***
12:38
Ötən gün qəzaya düşərək vəfat edən tarixçi-professor, deputatlığa namizəd Nəsiman Yaqublu ilə vida mərasimi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, mərhum Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqlardan birində dəfn olunacaq.
***
11:55
Xəbər verdiyimiz kimi, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd, professor Nəsiman Yaqublu seçicilərlə görüşdən qayıdarkən, ötən gün Cəbrayıl rayonu ərazisində ağır yol qəzasında həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, hazırda alimlə evində vida mərasimi keçirilir.
Mərasimdə onun yaxınları, qohumları, iş yoldaşları və tələbələri iştirak edir.
Əli Hüseynov






jpg-1727253328.webp)





jpeg-1727250542.webp)




