• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Nifrət edirəm sənə" - Mətanət İsgəndərli

MƏDƏNİYYƏT

02 Fevral 2022 | 14:34 | Müəllif: Subhan Mahmudov

"Nifrət edirəm sənə" - Mətanət İsgəndərli

Əməkdar artist Mətanət İsgəndərli bir müddət əvvəl dünyasını dəyişən atası Məhəmmədəli ilə bağlı paylaşım edib.

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, müğənni atası üçün darıxdığını yazıb:

"Atalı, günlərim haradasınız? Haradan tapım sizi? Zalım, bivəfa, nankor dünya... Nifrət edirəm sənə, dünya. Atamı əlimdən alan dünya... Nə edim səni? Nəyimə lazımsan? Sən ki mənim əlimdən atamı aldın. Düşmənimsən, ey dünya, düşmənim. Gözün kor olsun, dünya. Axı atam yaşamaq istəyirdi. Onunla bağlı o qədər arzularım var idi... Atamın o yaralı, param-parça olan ürəyi dözə bilmədi, bu haqsız , zalım dünyaya. Allah sənə rəhmət eləsin, ruhun şad olsun, mənim əziz atam. Ömrüm boyu qəlbimdə yaşayacaqsan. Hər zaman Allaha yalvaracam ki, bizi axirətdə qovuşdursun".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026