• Bakı 25° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Nigerdə ABŞ-a qarşı aksiya keçirildi

DÜNYA

21 Aprel 2024 | 19:35

Nigerdə ABŞ-a qarşı aksiya keçirildi

Nigerin şimalında, ABŞ-ın bölgədəki ən böyük hərbi-hava qüvvələri bazasının yerləşdiyi Aqadez şəhərində Amerika qoşunlarının dərhal çıxarılması tələbi ilə nümayiş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Qeyd olunub ki, bir neçə yüz etirazçı ABŞ qoşunlarının Nigerdən çıxarılmasını tələb edən plakatlarla yanaşı, Niger, Burkina Faso, Mali və Rusiyanın dövlət bayraqları qaldırılıb.

Etiraz aksiyasını Nigerin hazırkı hakimiyyətini dəstəkləyən 24 vətəndaş cəmiyyəti birliyi təşkil edib.

Qeyd edək ki, ABŞ öz hərbi kontingentini Nigerdən çıxarmağa razılaşıb.


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025