• Bakı 27° C

    10.83 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Nigeriyada məktəblərə hücum: 47 nəfər qaçırılıb

DÜNYA

11 Iyun 2026 | 12:07

Nigeriyada məktəblərə hücum: 47 nəfər qaçırılıb

Nigeriyanın Oyo əyalətində silahlı şəxslərin üç məktəbə hücumu nəticəsində 40 şagird və 7 müəllim qaçırılıb. Hadisə zamanı müəllimlərdən birinin həyatını itirdiyi bildirilir.

Bakıvaxtı.az xəbər verir ki, təhlükəsizlik qüvvələri girovların azad edilməsi üçün genişmiqyaslı əməliyyatlara başlayıb, əməliyyatlara hava dəstəyi də cəlb olunub.

Hücumdan sonra Nigeriya Müəllimlər Birliyi dövlət məktəblərində müddətsiz tətil elan edib. Prezident Bola Əhməd Tinubu isə girovların xilas edilməsi üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib.

Rəsmilər hadisənin arxasında silahlı terror qruplaşmalarının dayandığını ehtimal edir. Son illərdə Nigeriyada məktəblərə hücum və adam oğurluğu hallarının artması ciddi təhlükəsizlik problemi kimi qiymətləndirilir.

Dünya Balakişiyeva,

BDU Jurnalistika fakültəsinin IV kurs tələbəsi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyul 2026